Hüseyn Dəryanın qızı DNT analizi verdi

21:06 - 4 Mart 2019 - Xəbər

Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT analizi ətrafındakı qalmaqal bitmir.

Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, ifaçının övladı Dəryanın övladı olduğunu sübut etmək üçün analiz verib. "Qardaşım Cahangirdən DNT analizi istəyəndə, məni qınadılar. Dedilər ki, sən birinci özün sübut et ki, Hüseyn Dəryanın qızısan. Mən də bibimlə gedib analiz verdim", - Ayşə bildirib.

Ayşə deyib ki, analizə bir gün gec getdiyi üçün telefonuna çoxlu zənglər gəlib:
"Məqsədim budur ki, genin daşıyıcısı olduğumu sübut edim. Daşıyıcı çıxsam, sübut hamıya bəs edəcək. Mən Hüseyn Dəryanın qızıyam, bir şeyi deyirəmsə, edirəm də".

 

Xəbər xətti