Türkiyə-Aİ sammitinin yeri və tarixi məlum oldu

18:10 - 7 Fevral 2018 - Xəbər

Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Aİ Şurasına sədrlik edən Bolqarıstanın Baş naziri Boyko Borisov 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.
 

"Ucnoqt.az"-ın Trend-əstinadla verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının rəsmi nümayəndəsi Preben Aamanın Twitter hesabında dərc edilən Donald Tuskun və Jan-Klod Yunkerin Türkiyə liderinə ünvanladığı məktubda deyilir.
 

Məktubda sözügedən görüşün ümumi maraqların müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin inkişaf yollarının müzakirə edilməsi üçün yaxşı bir fürsət olduğu qeyd edilir.

Xəbər xətti