Marketin seyfindən 6000 manat oğurlayan şəxs saxlanılıb

15:45 - 5 Fevral 2018 - Xəbər

 Bakıda işlədiyi marketin seyfindən oğurluq edən şəxs saxlanılıb. 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti