Paytaxtda subasma sahələri aktivləşib

14:50 - 31 Yanvar 2018 - Xəbər

Bakıda bəzi subasma sahələrində aktivlik müşahidə edilir.

 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

 
Ekspedisiya rəisi bildirib ki, Şuşa şəhərciyi və Daş Karxanası yaşayış massivində subasma prosesinin dinamikasında aktivləşmə baş verib.  

 
O qeyd edib ki, Savalan subasma sahəsində isə stabil vəziyyət hökm sürür.

Xəbər xətti