Azərbaycan Çində Ticarət Mərkəzi açacaq

18:45 - 29 Yanvar 2018 - Xəbər

2018-ci ildə Çinin Şanxay şəhərində xüsusi iqtisadi zonada Azərbaycan Ticarət Mərkəzi açılacaq.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
 

Sahibkarların sualına cavab verən nazir bildirib ki, artıq Çində Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir:

"Ümumilikdə nümayəndəliklərin sayı müxtəlif ölkələrdə 4-ə çatır. Bu ildən onların fəaliyyəti gücləndiriləcək".
 

Ş.Mustafayev əlavə edib ki, fevral ayında Çinə növbəti ixrac missiyasını göndərmək planlaşdırır.

Xəbər xətti