Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir

19:00 - 29 Yanvar 2018 - Xəbər

“Azərbaycanda Cumhuriyyət parkı salınmalıdır”.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov çıxış edib.

O bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır: “Belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir”.

Xəbər xətti