Cəlilabad sakinindən avtomat silah və narkotik maddə götürülüb

15:00 - 27 Yanvar 2018 - Xəbər

Cəlilabad sakinindən avtomat və narkotik maddə götürülüb.

 

"Ucnoqta.az" DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.  

Xəbər xətti