Cabbarov nazirliyə “Naz-Lifan”la gəlir

09:54 - 23 Yanvar 2018 - Xəbər

Mikayıl Cabbarov  vergilər naziri təyin olunandan sonra nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlib.

"Ucnoqta.az" Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata istinadən bildirir ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir.

Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMW”dən istifadə edir.

Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.

Xəbər xətti