Azərbaycanlı telejurnalist Moldovaya buraxılmayıb

12:14 - 17 Yanvar 2018 - Xəbər

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı bildirib ki, onun rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.
 
Məlumatda o da qeyd olunub ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.
 
İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.

Xəbər xətti