26 mindən çox "Volkswagen" geri çağırılıb
11:00 - 2 Yanvar 2018 - Xəbər
"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.