Milli Məclisin 2018-ci ildə ilk iclasının vaxtı müəyyənləşib
10:53 - 2 Yanvar 2018 - Xəbər
Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib. Yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.
Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.Apa