Bakıda 5 yaşlı uşağı vurub qaçan sürücü tutuldu

12:17 - 27 Dekabr 2017 - Xəbər

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.
 

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə,azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.
 

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti