Qazaxıstan prezidenti İlham Əliyevi təbrik etdi

11:56 - 24 Dekabr 2017 - Xəbər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi ad gününüz münasibətilə təbrik edib.
 

"Ucnoqta.az" xəbər verir ki, N. Nazarbayev əmin olduğunu bildirib ki, prezident  İlham Əliyevin həyat təcrübəsi və peşəkarlığı bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Qazaxıstan  prezidenti ümidvardır ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək:

 

"Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".



//Ölkə.Az//

Xəbər xətti