Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib

15:55 - 21 Dekabr 2017 - Xəbər

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib.
 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, mərhum lider Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.
 

2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.


Xəbər xətti