Şəhidlər üçün ayrıca məzarlığın salınması məsələsinə MÜNASİBƏT

14:04 - 21 Dekabr 2017 - Xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şəhidlər üçün ayrıca məzarlığın salınması ilə bağlı Milli Məclisin komitə iclasında səsləndirilən fikrə münasibət bildirib.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur: “Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni ümumi qaydalar mövcuddur”.
 

O əlavə edib ki, bu təklif müzakirə edilə bilər.
 

Qeyd edək ki, şəhid olan hərbiçilərə ayrıca məzarlığın salınmasını təklifini Milli Məclisin Regional Komiotəsinin sədri Arif Rəhimzadə irəli sürüb.

Xəbər xətti