Bakı Dəmiryolu Vağzalında bomba həyəcanı- Foto

13:40 - 21 Dekabr 2017 - Xəbər

Hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

Xəbər xətti