Təcili tibbi yardım avtomobillərinin gecikməsinə çarə tapıldı

20:55 - 21 Dekabr 2017 - Xəbər

Türkiyədə tibbi xidmətin səviyyəsinin ölçülməsi üçün bütün təcili yardım avtomobilləri kameralarla təchiz ediləcək.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, həmçinin təcili tibbi yardım avtomobillərinin bir-biri ilə əlaqə yarada bilməsi məqsədilə sistem qurulacaq ki, bununla da tıxaclar zamanı yubanmanın qarşısı alınacaq.

Bundan başqa, təcili tibbi yardım xidmətinin artırılması məqsədilə ölkə ərazisində bütün poliklinikalar 23:00-dək fəaliyyət göstərəcək.

Xəbər xətti