AMEA-da struktur və kadr dəyişikliyi edilib

16:48 - 20 Dekabr 2017 - Xəbər

Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikliyi edilib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, akademiyanın bu gün keçirilən iclasında Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.
 
İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə AMEA-nın Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə AMEA-nın Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar.
 
Vasif Abbasov “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

Xəbər xətti