Yeni il ərəfəsində Bakı Metropoliteninin stansiyalarında yolkaların qurulmasına başlanıb.
Bu barədə Ucnoqta.az Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata istinadən bildirir.
N.Paşayev qeyd edib ki, artıq "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında yolkalar qurulub.
O, müxtəlif posterlərin və sürprizlərin də olacağını vurğulayıb.