Ankara və Moskvanın əməkdaşlığa mane olan heç bir problemi yoxdur - Fidan

07:45 - 18 İyun 2026 - DÜNYA

Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlığa mane olacaq heç bir problem yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya ikitərəfli səfərindən sonra "Türkiye" qəzetinə bildirib.

"Keçirilən bütün görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər üzrə birgə işləməkdə heç bir problem olmadığına əmin olduq. İkitərəfli münasibətlərdə ciddi şikayətlərə səbəb olacaq heç bir məsələ yoxdur. Hər iki ölkə mümkün olan hər sahədə əməkdaşlıq etmək istəyir", - deyə Türkiyənin xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, tərəflər son dərəcə mürəkkəb və dərin məsələləri müzakirə edir, öz fikirlərini bildirirlər:
"Ruslarla xüsusi münasibətlər qurmuşuq. Hətta çox ciddi problemli sahələrimiz olan hallarda belə, necə əməkdaşlıq etməyi və etimad qurmağı bilirik", - Fidan vurğulayıb.

Xəbər xətti