Kanada milli futbol komandasının yarımmüdafiəçisi İsmael Kone fibula və baldır sümüyünü sındırıb.
Ucnoqta.az bildirir ki, jurnalist Fabrizio Romano bu barədə məlumat verib.
Kanada Dünya Kuboku qrup mərhələsinin ikinci turunda Qətəri 6-0 hesabı ilə məğlub edib. 52-ci dəqiqədə, hesab 3-0 olarkən, Qətər müdafiəçisi Assim Modibo Koneyə qarşı kobudluq edib və Kone sonradan meydanı xərəkdə tərk edib.
Mənbənin məlumatına görə, Kone hazırda anası Syuzan ilə birlikdə xəstəxanadadır və əməliyyata hazırlaşır. İlkin müayinələrə görə, kanadalı dörd-beş ay meydanı tərk edəcək və bu Dünya Çempionatında iştirak edə bilməyəcək.
Modibo oyundan sonra Kanada komandasının soyunma otağında oyunçudan üzr istəyib.