Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.
Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.
O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.