ABŞ-ın İranla sülh sazişinə nail olmaqda səbri sonsuz deyil. Amerika qoşunları İslam Respublikasına qarşı zərbələri bərpa edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Biz səbr edirik, amma bu sonsuz deyil. Prezident Tramp həmişə sülh sazişinə üstünlük verir və bu vaxta qədər etdiyimiz hər şey müdafiə xarakteri daşıyır və biz bu yanaşmanı davam etdiririk. Lakin Prezident Tramp sülh sazişinə nail ola bilməyəcəyimizə qərar verərsə, kinetik zərbələrə qayıdacağıq", - deyə o bildirib.