Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Tbilisi-Bakı qatarına daha bir vaqon əlavə edildi

10:58 - 22 May 2026 tarixində dərc olunub.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası