“Qarabağ”da yeni transfer

19:30 - 18 May 2026 - İDMAN

"Qarabağ" fransalı sağ vinger Jali Muaddibini transfer edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Xatırladaq ki, Muaddibi Fransanın U-19 milli komandasının formasını geyinib.

Xəbər xətti