Dubayda İT fırıldaqçılığı ilə məşğul olan şəbəkə üzvləri saxlanıldı

14:29 - 17 May 2026 - DÜNYA

Çin, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları Dubayda telekommunikasiya fırıldaqçılığı şəbəkəsini dağıdaraq 276 şübhəlini saxlayıb.

Ucnoqta.az bildirir ki, bu barədə Çin İctimai Təhlükəsizlik Nazirliyi (ÇTN) məlumat verib.

WeChat səhifəsində bildirildiyi kimi, ilk dəfə keçirilən belə üçtərəfli əməliyyat zamanı cinayətkarların fəaliyyət göstərdiyi doqquz yer aşkarlanıb.

İstintaqa görə, onlar sosial mediadan istifadə edərək zərərçəkənlərə romantik münasibətlər qurublar, onların etibarını qazanıblar və sonra onları vəd verərərək yüksək gəlirli kriptovalyuta layihələrinə investisiya qoymağa inandırıblar.

Qeyd olunur ki, Çin polisi cinayətkarları tutmaq və onların fırıldaqçılıq yerlərini müəyyən etmək və dağıtmaq məqsədi ilə bu sahədə bir çox ölkə ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.

Xəbər xətti