Livanda ölənlərin sayı 2951 nəfərə çatıb

19:17 - 15 May 2026 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin 17 apreldə elan edilən atəşkəsə baxmayaraq, son 48 saat ərzində Livanın cənub və cənub-şərqinə endirdiyi zərbələr nəticəsində 55 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyi X-də məlumat verib.

Qeyd olunub ki, 2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2951 nəfərə, yaralıların sayı isə 8988 nəfərə çatıb.

Xəbər xətti