ABŞ İranın hərbi potensialını məhv edib və beləliklə, tam qələbə qazanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Amerika lideri təyyarəsində jurnalistlərə bildirib ki, tam hərbi qələbə qazandıq:
"Onların bütün donanmasını tamamilə məhv etdik. Onların hava qüvvələrini tamamilə məhv etdik. Onların hava hücumundan müdafiə və müşahidə sistemlərini tamamilə məhv etdik və liderlərini məhv etdik".
Eyni zamanda, o, CNN və The New York Times da daxil olmaqla bir neçə media orqanının jurnalistlərini ABŞ-ın qələbəsi haqqında "həqiqəti yaymadıqlarına" görə danlayıb.
Tramp jurnalistlərin Tehranın "hərbi cəhətdən yaxşı işlər gördüyünü" yazmaq cəhdlərini xəyanət hesab edib.