“Sihirli Annem: Periler Okulu” “CineMastercard” kinoteatrlarında

14:02 - 14 May 2026 - Cəmiyyət

“CineMastercard” kinoteatrlar şəbəkəsi məşhur türk hekayəsinin davamı ailəvi fantastika “Sihirli Annem: Periler Okulu”nu eksklüziv olaraq təqdim edir. Film tamaşaçıları sehr, dostluq və möhtəşəm macəralar dünyasına aparır.

Ucnoqta.az xəbər evrir ki, əsər sirli pəri məktəbindən bəhs edir. Burada gənc qəhrəmanlar sehr bacarıqlarını öyrənir, yeni qabiliyyətlər kəşf edir və təkcə öz talelərini deyil, bütün sehrli dünyanın gələcəyini dəyişə biləcək sınaqlarla üzləşirlər. Tamaşaçıları təsirli vizual səhnələr, dinamik süjet inkişafı, incə yumor və isti ailə anları gözləyir.

Filmin rejissoru Mustafa Kotandır. Baş rolları İnci Türkay, Nevra Sərəzli, Şahap Sayılğan və Gül Onat canlandırıblar.

Məşhur türk franşizasının bu yeni hissəsi müasir vizual üslubu, macəra atmosferini və müxtəlif nəsillər üçün yaxın olan dəyərləri birləşdirir. Film dəstək, özünəinam və həqiqi dostluğun gücü kimi mövzuları ön plana çıxarır və möcüzələrin yaxın insanlar olduqda mümkün olduğunu xatırladır.

Layihə artıq orijinal hekayənin pərəstişkarları arasında böyük maraq doğurub və mövsümün ən yaddaqalan ailəvi premyeralarından biri olacağı gözlənilir. Ailənizlə birlikdə vaxt keçirmək və sehrli, macəra doludünyaya səyahət etmək üçün əla fürsətdir.

Xəbər xətti