"Tottenhem" İngiltərə Premyer Liqasının 35-ci turunda "Aston Villa"nı 2-1 hesabı ilə məğlub edərək düşmə zonasından çıxdı.
Ucnoqta.az xəbər verir ki, oyun Birminhemdə baş tutub.
Qolları Konor Qallaher (12-ci dəqiqə) və Riçarlison (25) vurdular. Rəqib komandadan qolları Emiliano Buendia (90+6) vurdu.
"Tottenhem" hazırda 37 xala malikdir və liqa turnir cədvəlində 17-ci yerdədir. "Vest Hem" 36 xalla 18-ci yerdədir. "Tottenhem" növbəti oyununu 11 mayda keçiriləcək "Lids"i qəbul edəcək, "Vest Hem" isə bir gün əvvəl evdə "Arsenal"la qarşılaşacaq.