Avropa Komissiyası (AK) 2028-2034-cü illər üçün yeni yeddi illik Aİ büdcəsində hərbi xərcləri on dəfə artıraraq 131 milyard avroya çatdırmağı gözləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Müdafiə Komissarı Andrius Kubilius Avropa Parlamentinin Sənaye, Tədqiqat və Enerji Komitəsinin dinləmələrində bildirib.
Kubilius Avropa Parlamentinin deputatlarına müraciətində bildirib ki, qarşıdakı danışıqlarda müdafiə və kosmik məsələlərdə mövqeləri qətiyyətlə müdafiə etməyə, üzləşdiyimiz çətinlikləri nəzərə almağa çağırıb.
O, qeyd edib ki, heç bir güzəşt və ya qısa yol qəbul edilə bilməz. 131 milyard avro mütləq minimumdur.