ABŞ İrana məxsus yük gəmisini ələ keçirdi

23:36 - 19 Aprel 2026 - DÜNYA

ABŞ Oman körfəzində Amerika dəniz blokadasını pozmağa çalışan İran yük gəmisini ələ keçirdi.

Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə 19 apreldə sosial media hesabı olan Truth Social-da məlumat verib.

"Bu gün təxminən 900 fut uzunluğunda (274 metr – red.) və təyyarədaşıyan gəmi qədər ağırlığında olan İran yük gəmisi Touska dəniz blokadamızı pozmağa cəhd etdi və uğursuz oldu. Amerikanın idarə olunan raket esminesi USS Spruance Oman körfəzində Touska gəmisini ələ keçirdi və onlara dayanmaları barədə xəbərdarlıq etdi. İran heyəti tabe olmaqdan imtina etdi, buna görə də gəmimiz mühərrik otağında deşik açaraq onları yerində saxladı", - Tramp bildirib.

Xəbər xətti