Türkiyədə məşhurlara qarşı növbəti əməliyyat: 11 nəfər saxlanıldı

10:04 - 9 Aprel 2026 - Xəbər

Türkiyədə məşhurlara qarşı növbəti əməliyyat keçirilib

Ucnoqta.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu, Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Burak Deniz, Mert Demir, Emre Öztürk (Fel), Ender Eroğlu (Norm Ender) və Enes Güler də daxil olmaqla 14 nəfər haqqında həbs qərarı verilib.

Səhər saatlarında keçirilən eyni vaxtda əməliyyatlarda 11 şübhəli saxlanılıb. 2 şübhəlinin qaçaq olduğu, 1 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.

Xəbər xətti