4 avtomat, 1 pulemyot, 3 qumbara, ... - Qanunsuz silahlar aşkarlandı

10:42 - 8 Aprel 2026 - HADİSƏ

Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara, 12 tüfəng, 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbər xətti