İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəsin öz hissəsinə əməl etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti C.D. Vance Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərlə görüşündə bildirib.
"Prezident atəşkəsə, danışıqlara razı olduğumuzu açıq şəkildə bildirib. Biz buna hazırıq və onlar da öz növbəsində boğazı açmalıdırlar. Əgər bu baş verməsə, İran razılaşmanın öz hissəsinə əməl etməsə, prezident razılaşmanın öz hissəsinə əməl etməyəcək", ABŞ-nin vitse-prezidenti bildirib.