Azərbaycan bu ölkədən buğda tədarükünü artırdı

16:07 - 8 Aprel 2026 - İQTİSADİYYAT

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 28,87 milyon ABŞ dolları dəyərində 129 min 933 ton buğda gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54 %, kəmiyyət olaraq 50 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 18,97 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 83 min 613 ton (+3 dəfə) və Qazaxıstandan 9,9 milyon ABŞ dolları dəyərində (-19 %) 46 min 320 ton (-21 %) buğda alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26%-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.

Xəbər xətti