ABŞ İranla mümkün razılaşma üçün son tarixi uzadıb

21:02 - 5 Aprel 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma üçün son tarixi 24 saat uzadıb.

Ucnoqta.az bildirir ki, bu barədə X-də Axios müxbiri Barak Ravid məlumat verib.

"Tramp İranla bağlı son tarixi daha 24 saat geri çəkib" -Ravid yazıb.

Bu, Trampın əvvəllər heç bir izahat vermədən yazdığı Truth Social-dakı paylaşımına onun şərhi idi:
"Çərşənbə axşamı, Şərq Sahil Vaxtı ilə saat 20:00 (Bakı Vaxtı ilə saat 03:00, 8 aprel)"

Bazar günü Axios-a verdiyi müsahibədə Amerika lideri bildirib ki, 7 aprelə qədər İranla razılaşma bağlamaq şansı yüksəkdir.

Daha əvvəl Truth Social-da o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmayacağı təqdirdə enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələmişdi.
26 martda Amerika administrasiyasının rəhbəri İranın enerji infrastruktur obyektlərinə zərbələrin 10 gün - 6 aprel saat 20:00-dək (7 aprel Bakı vaxtı ilə saat 02:00) dayandırıldığını elan etdi.

Xəbər xətti