İsrail Hərbi Hava Qüvvələri İran paytaxtındakı komanda mərkəzlərini hədəf alaraq Tehrana daha bir sıra zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, ordunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Hücuma məruz qalan hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinin qərargahı, Daxili Təhlükəsizlik Qüvvələri üçün logistika mərkəzi və raket korpusunun komandanlıq məntəqəsi də var.
Ordunun verdiyi məlumata görə, bir neçə hava hücumundan müdafiə obyekti də vurulub.