Bir milyondan çox livanlı cənub rayonlarını və Beyrut ətrafını tərk edib

00:20 - 17 Mart 2026 - DÜNYA

Son iki həftə ərzində hərbi eskalasiya səbəbindən bir milyondan çox livanlı ölkənin cənub rayonlarını və Beyrutun ətrafını tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu məlumat qaçqınların yerləşdirilməsi ilə məşğul olan Sosial İşlər Nazirliyi tərəfindən açıqlanıb.

Nazirlik açıqlamasında bildirib ki, Livanda məcburi köçkünlərin sayı 1.049.328 nəfərə çatıb, onlardan 132.742 nəfəri qaçqın qəbul mərkəzlərində qeydiyyatdadır və 622 kollektiv sığınacaqda yerləşdirilib.

Onlar qeyd ediblər ki, İsrailin bombardmanlarının artması səbəbindən vətəndaşların əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail ordusu livanlıların növbəti xəbərdarlığa qədər yaşayış yerlərinə qayıtmasını qadağan edib.

Xəbər xətti