Əraqçi və Uitkoff son günlərdə birbaşa əlaqələri bərpa ediblər

00:03 - 17 Mart 2026 - DÜNYA

İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff son günlərdə birbaşa əlaqələri bərpa ediblər.

Ucnoqta.az xəbər verir ki, bu iddia Axios portalının dərc etdiyi hesabatda yer alır.

Sənəddə vurğulanır ki, Əraqçi və Uitkoff arasında mübadilə edilən mesajların nə dərəcədə əsaslı olduğu bəlli deyil, lakin bunlar müharibənin təxminən iki həftə əvvəl başlamasından bəri iki tərəf arasında ilk məlum əlaqələrdir.

Portala görə, Əraqçi Uitkova müharibənin bitməsini vurğulayan SMS mesajları göndərib.

Mənbələrdən biri qeyd edib ki, ABŞ İranın təzminat tələblərini rədd edir.

Xəbər xətti