Miniç istefa verdi

13:49 - 16 Mart 2026 - DÜNYA

Serb Respublikasının (Bosniya və Herseqovinanın bir qurumu) Baş naziri Savo Miniç istefa verib.

Ucnoqta.az xəbər verir ki, Miniç qərarını mətbuat konfransında bildirib.

Siyasətçinin sözlərinə görə, o, bu qərarı beynəlxalq ictimaiyyətin etirazları olduğu üçün mövcud hökumətin qanuniliyini və legitimliyini təmin etmək üçün verib.

Miniç həmçinin əlavə edib ki, istefasını Serb Respublikasının Prezidenti Sinişa Karanla müzakirə edib və o, qurumun hökumət başçısı vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Xatırladaq ki, Miniç artıq yanvar ayında istefa vermişdi. Serb Respublikasının Milli Məclisi daha sonra onun baş nazir vəzifəsinə namizədliyini yenidən təsdiqləyib.

Xəbər xətti