Ankaranın Şimali Kiprə yerləşdirdiyi altı F-16 qırıcı təyyarələri adanın Türkiyə hissəsi üzərində uçub.
Ucnoqta.az xəbər verir ki, görüntüləri TRT yayımlayıb.
Kanal qeyd edir ki, Türkiyənin qırıcı təyyarələrini yerləşdirməsi Yunanıstanın Cənubi Kiprə dörd F-16 təyyarəsini yerləşdirməsindən sonra baş verib. Ankara bu addımı qismən ŞKTR-nin təhlükəsizliyinin qarantı olduğu üçün atıb.
Qırıcı təyyarələr Şimali Kipr Türk Respublikasının (ŞKTR) əsas hava limanı olan Ərcan Hava Limanına çatıb.
Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi bazar ertəsindən etibarən Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyini açıqlayıb.