ABŞ tarifləri ölkədə iqtisadi fəaliyyəti zəiflədə bilər - BVF

06:01 - 26 Fevral 2026 - İQTİSADİYYAT

İdxal tariflərinin tətbiqi ilə əlaqəli ABŞ ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik ABŞ-da iqtisadi fəaliyyəti gözləniləndən daha əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) çərşənbə günü dərc olunmuş ABŞ iqtisadi vəziyyəti ilə bağlı illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik, xüsusən də təchizat zəncirlərinin yenidən qurulması yaxın müddətdə çətinləşərsə, iqtisadi fəaliyyətə gözləniləndən daha çox zəiflədici təsir göstərə bilər.

Həmçinin qeyd olunur ki, ABŞ administrasiyası tərəfindən tətbiq edilən tariflər ABŞ iqtisadiyyatına mənfi təchizat şoku yaradır və 2026-cı ilin əvvəlinə qədər əsas istehlak xərcləri (PCE) qiymət indeksinin təxminən 0,5% artmasına və iqtisadi istehsalın təxminən 0,5% azalmasına səbəb olacağı gözlənilir.

Xəbər xətti