Nepalda avtobus çaya aşdı - 18 nəfər ölüb

09:07 - 23 Fevral 2026 - DÜNYA

Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.

Avtobus Pokharadan Katmanduya gedərkən naməlum səbəbdən Trişuli çayına düşüb.

Avtobusda 35-dən çox sərnişin olub. Yol polisi ölənlərin sayının 18-ə çatdığını bildirib. Yaralılardan iyirmi beş nəfər xəstəxanaya aparılıb.

Nepal ordusunun şəxsi heyəti, polis və yerli sakinlər xilasetmə əməliyyatında iştirak edirlər.

Xəbər xətti