"Qarabağ" Nigeriyadan iki oyunçu gətirir

18:59 - 20 Fevral 2026 - İDMAN

"Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə funksionerin özü məlumat verib.

O bildirib ki, "Obasa Cup" turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq:

"Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil". ///AZƏRTAC

Xəbər xətti