Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Avtobus Pokharadan Katmanduya gedərkən naməlum səbəbdən Trişuli çayına düşüb.
Avtobusda 35-dən çox sərnişin olub. Yol polisi ölənlərin sayının 18-ə çatdığını bildirib. Yaralılardan iyirmi beş nəfər xəstəxanaya aparılıb.
Nepal ordusunun şəxsi heyəti, polis və yerli sakinlər xilasetmə əməliyyatında iştirak edirlər.