Uitkoff Ukrayna münaqişəsi ilə bağlı yaxşı xəbərlər alacağına ümid edir

11:30 - 22 Fevral 2026 - DÜNYA

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı tezliklə müsbət xəbərlər alacağını gözləyir.

Ucnoqta.az xəbər verir ki, "Fox News"a verdiyi müsahibədə o, bu məsələ ilə bağlı yaxın həftələrdə yaxşı xəbərlərin ortaya çıxacağına ümid etdiyini bildirib.

O, yaxın üç həftə ərzində yeni danışıqlar mərhələsinin baş tuta biləcəyinə və bunun sonradan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşə səbəb olacağına inanır.

"Cared və ümid edirəm ki, hər iki tərəfə növbəti üç həftə ərzində görüşə və bəlkə də hətta Zelenski ilə Prezident Putin arasında zirvə görüşünə səbəb olacaq bəzi təkliflər təqdim etmişik.

Hansısa məqamda bu, hətta pezident ilə üçtərəfli görüşə də çevrilə bilər; görəcəyik. Düşünmürəm ki, o, buna son qoyub ən yaxşı nəticəni əldə edə biləcəyini başa düşməyincə görüşdə iştirak etmək istəyəcək", - deyə o bildirib.

Xəbər xətti