Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramında qalib olsa da, bundan imtina edib.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, həmin yerləri proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər əvəz ediblər, Dövlət Proqramından yararlanıblar.