Yevlaxda 44 yaşlı kişi özünü bıçaqladı

18:06 - 13 Fevral 2026 - ÖLKƏ İÇİ

Yevlax şəhərində bıçaqlanma hadisəsi baş verib

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi, ev 38 ünvanında baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elçin Həmzə oğlu naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib.

Yaxınları dərhal onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Xəbər xətti