Ermənistan ABŞ texnologiyaları üçün sınaq meydançasına çevrilmək riski daşıyır - Zaxarova

15:01 - 12 Fevral 2026 - DÜNYA

ABŞ ilə 9 milyard dollarlıq nüvə enerjisi məhsulları və xidmətləri üzrə danışıqlar aparmaqla, Ermənistan sınaqdan keçirilməmiş Amerika texnologiyaları üçün faktiki sınaq meydançasına çevrilmək riski daşıyır.

Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə qeyd edib.

Diplomat vurğulayıb ki, bütün hekayə çox qaranlıqdır, çünki Vaşinqtonun müqavilə çərçivəsində təklif etdiyi reaktorlar yalnız kağız üzərində mövcuddur və Yerevan hər şey üçün reklam broşürlərində göstəriləndən daha yüksək qiymətə ödəməli olacaq.

Zaxarova qeyd edib ki, əslində məlum olur ki, bütün bunların pulunu amerikalılar deyil, Yerevan ödəməlidir. Və deyildiyi kimi, vəsait hələ yaradılmamış və guya digər infrastruktur layihələri üçün nəzərdə tutulmuş fond vasitəsilə yönəldiləcək. Beləliklə, hər şey çox qaranlıqdır.

Xəbər xətti